Ev Turizm Xəbərləri Turizm Günü çərçivəsində tələbələr üçün iş yarmarkası təşkil edilib

Turizm Günü çərçivəsində tələbələr üçün iş yarmarkası təşkil edilib

turizm

Dünya Turizm Günü ilə əlaqədar “Turizm sektorunda karyera perspektivləri” adlı tədbir keçirilib.

Diskussiya formatında baş tutan tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və BMT-nin İnkişaf Proqramının nümayəndələri təmsil olunublar.

Tədbirdə elektron turizm, regional turizmin inkişaf perspektivləri, turizm təhsili və kadr potensialı kimi mövzuları əhatə edən sualları cavablandırılıb. Mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə turizm sektorunu təmsil edən şirkət nümayəndələri ilə yanaşı, turizm ixtisaslarının tədris edildiyi universitetlərin müəllim və tələbə heyəti, eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin məzunları da iştirak ediblər.

Tədbir çərçivəsində 10 hotel və 6 turizm şirkətinin insan resursları üzrə nümayəndələri universitet tələbələri üçün iş yarmarkası təşkil ediblər.

Məzunlar və tələbələr insan resursları nümayəndələrinə onları maraqlandıran sualları ünvanlayıblar. Uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.