Ev Turizm Xəbərləri Turizm kompleksi layihələndirilir – Bakı bulvarına dəniz taksiləri, kanat yolu…

Turizm kompleksi layihələndirilir – Bakı bulvarına dəniz taksiləri, kanat yolu…

turizm

Pirallahı rayonunun böyük turizm potensialına malik olduğu məlumdur.

“Marja”nın əldə etdiyi məlumata görə, Pirallahı adasının cənub hissəsində “Nərəkənd” yaşayış, istirahət və turizm kompleksinin layihələndirilməsi işləri aparılır. 50 ha ərazidə hal-hazırda şaquli planlaşdırma işləri, 2 km uzunluğunda mərkəzi yolun, 6 km uzunluğunda isə daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yerinə yetirilir. 4 km uzunluğunda sahəsi isə 20 ha-a qədər sahil boyu çimərlik sahəsində ərazinin təmizlənməsi işləri aparılır.

Bundan əlavə, dənizkənarı boyu sahilbərkitmə işləri aparılır, dəniz akvatoriyasının metal konstruksiyalardan, yad cisimlərdən, tullantılardan təmizlənməsi və dərinləşdirilməsi işləri yerinə yetirilir.

Layihəyə uyğun olaraq, ərazidə mehmanxana, restoran, idman kompleksi, villa, kotec və qalereya tipli yaşayış evləri, çimərlik zonası, su idman növləri üçün infrastrukturun yaradılması, açıq və qapalı tipli su hovuzları, uşaq əyləncə mərkəzi, yaşıllıq zonası, mini parklar və s. nəzərdə tutulmuşdur. Həmçinin, adalara səyahətin və Bakı bulvarına dəniz taksiləri vasitəsilə gəzintilərin təşkili, kanat yolunun quraşdırılması planlaşdırılır.