AZpress.AZ xəbər verir ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi “Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəsini yekunlaşdırdı. Bu barədə saytımıza layihənin rəhbəri Natiq Cabbarlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli mətbəximizin ölkəmizdə turizmin inkişafındakı rolunu artırmaqdır. Azərbaycana daha çox turistin cəlb olunmasına təsirini qabartmaqdır. Onun sözlərinə görə, layihə ölkəmizdə turizmin inkişafına müsbət təsir etməklə yanaşı, milli mətbəximizin turistlərə,əcnəbilərə tanıdır. Ermənilərin özününküləşdirmək istədiyi yeməklərimizin, həqiqətən Azərbaycan xalqına məxsus olmasının təsdiqində mühüm rol oynayır.
