Türkiyə “all inclusive”dən imtina edir
Türkiyə otelləri “all inclusive” (hər şey daxil) sistemindən imtina edə bilər.
Turizmin yeni inkişaf strategiyasına əsasən, Türkiyə səfər zamanı 1 min dollardan az olmamaq şərti ilə pul xərcləməyə hazır olan turistlərin gəlişində maraqlıdır.
Bu yaxınlarda Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy bəyan edib. Turist sayının artımı daha Türkiyəni maraqlandırmır. Əsas məqsəd turizmdən gəlirlərin artırılmasıdır.
Ersoy düşünür ki, bunu otellərdə dincələn turistlərdən yox, ölkə boyu səfər edən, yerli təamlardan dadan və yaxud müalicəyə gələn turistlərin hesabına əldə etmək mümkündür.