Ev Turizm Xəbərləri Təyyarə göyərtəsində ən dadlı yeməyi olan aviaşirkətlərin REYTİNQİ

Təyyarə göyərtəsində ən dadlı yeməyi olan aviaşirkətlərin REYTİNQİ

aviaşirkət

Səyahət servisi olan “Tutu.ru” təyyarə bortunda ən dadlı qidası olan aviaşirkətlərin top-10-luğunu tərtib edib.

Reytinqdə ilk yer “Uzbekistan Havo Yullary”-ına çatıb. Sərnişinlər aviaşirkəti iri porslara, fərqli dadlı qidaya, spirtli içkilərin olmasına və yaxşı içki seçiminə görə tərifləyirlər.

Uzbekistan Havo Yullary”-nın reyslərində sərnişinlərə soyuq qəlyanaltı (ət məmulatları və pendir), tərəvəz qəlyanaltıları (mövsüm tərəvəzləri), desert (pirojna, meyvə salatı, quru meyvələr), çörək-bulka məmulatları, isti ət xörəyi, çay, kofe, sərinləndirici işkilər və şərab verilir. Davamiyyəti 6 saatdan çox olan reyslərdə, həmçinin yüngül nahar da nəzərdə tutulub.

Siyahıda ikinci yerə isə “Azerbaijan Hava Yollary” layiq görülüb. Qidaya isti xörəklər, salatlar, qoz, desert, şərab, həmçinin qeyri-məhdud sayda çay və kofe daxildir.