Tətilə getmək üçün çox pul xərcləməyə ehtiyac varmı? Ucuz tətilin 4 qızıl qaydası nədir?
Gezmeli.az ucuz səyahətin 4 qızıl qaydasını təqdim edir:
1. Lüks səyahət marağını kənara atın
5 ulduzlu otellər, hər şey daxil səyahət həm baha başa gəlir, həm də hər şeyin sizin üçün planlaşdırılması cansıxıcıdır. 3 gecəlik lüks səyahətdənsə, daha ucuz və maraqlı hostellərdə, pansionatlarda 1 həftə qala bilərsiniz. Bir az düşünün ?
2. Ucuz biletin arxasınca qaçın
İndi söyləyəcəyimiz çox önəmlidir! Bütün hava yolları şirkətlərinin telefonlarına, saytlarının xəbərlərinə abunə olun, sosial şəbəkələrdəki hesablarını izləyin ki, ucuz bilet kampaniyalarından xəbərdar olasız. Ucuz bilet kampaniyaları əvvəlcə telefonlara mesajla göndərilir, daha sonra isə saytlara, sosial şəbəkələrə yerləşdirilir. Abunə olmasaz, 10 avroluq kampaniya biletlərini qaçıra bilərsiz. Deməsi bizdən ?
3. Tətil planını əvvəlcədən edin
Tətil planını əvvəlcədən qurun, qalma, yol xərclərini tez həll edin. Çünki erkən rezervasiyalarda ödəniş çox aşağı olur.
4. Səyahət büdcənizi dəqiqləşdirin
Ayağınızı yorğanınıza görə uzadın. Əlinizdəki səyahət büdcəsinin kənarına çıxmayın. Alış-veriş, yemək-içmək, səfər hamısı bunun içərisində olsun. Beləliklə, çox və mənasız xərclərin qarşısını ala bilərsiniz. Tək qayda, büdcənizə sadiq olmaqdır!