Aviareys
Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

Uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.
Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək.

Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.
Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.