Ev Turizm Xəbərləri Vizasız gediş-gəliş – “Henley & Partners” pasportların yeni reytinqini keçirib

Vizasız gediş-gəliş – “Henley & Partners” pasportların yeni reytinqini keçirib

viza

İsveçrənin “Henley & Partners” konsaltinq şirkəti Dünya pasportları indeksininin yenilənmiş versiyasını hazırlayıb. Bu indeks ölkələrin pasportlarını onlara verilən səyahət azadlığına görə qiymətləndirir.

İndeksin yeni versiyasının ilk pilləsində Yaponiya və Sinqapur yerləşib. Onların pasportları üç ay əvvəl olduğu kimi, dünyanın 189 ölkəsinə viza tələbi olmadan səyahət etmək imkanı verir. Onlarla yaxın zamanadək birinci yeri bölüşən Cənubi Koreya isə indi Almaniya və Fransa ilə ikinci pillədə yerləşib: onların hər birinin aktivində vizasız ziyarət üçün 187 istiqamət var. Liderlər üçlüyünü Danimarka, İtaliyaLüksemburq (186 ölkə) tutub.

Henley & Partners”-in qeyd etdiyinə görə, indeksin ilk onluğundakı dəyişiliklər ilk öncə Pakistanın siyasətilə bağlıdır. Pakistan turistləri cəlb etməklə, beləcə öz iqtisadiyyatının artımını stimullaşdırmaqla, ölkəyə gələn  Finlandiya, İsveçrə, İspaniyaMalta daxil 50 ölkənin vətəndaşına viza təklif edir.

Qeyd edək ki, hələ dörd il əvvəl bu reytinqə başçılıq edən ABŞ və Böyük Britaniya öz mövqelərini durmadan itirir. Hazırda hər iki ölkə reytinqin altıncı pilləsindədir. Onların vətəndaşları vizasız 183 ölkəni ziyarət edə bilər. Pakistan onların arasında yoxdur.

Rusiya yeni reytinqdə 51-ci yerdədir. Beləliklə, bir rüb ərzində ölkə dörd pillə geriləyib. Hazırda rusiyalılar vizasız 116 ölkəni ziyarət edə bilərlər, halbuki, aylar əvvəl bu göstərici 118, 2018-ci ilin yekunları üzrə isə 120 ölkə idi.

Postsovet respublikalarından bu reytinqdə ən yüksək yerdə dayanan Litva Latviyadır – müvafiq olaraq, doqquzuncu və onuncu yerlər.

Ukrayna 44-cü yerdədir, onun vətəndaşları vizasız 126 ölkəyə gedə bilər.

Gürcüstan aktivində 113 vizasız partnyorları ilə 52-ci yerdədir – o, siyahıda Rusiyanın ardınca gəlir.

Azərbaycan bu reytinqdə 78-ci pillədə yer alıb – ölkəmizin vətəndaşları cəmi 66 ölkəyə vizasız səyahət edə bilər.

Reytinqdə sonuncu yeri isə Əfqanıstan tutur. Onun pasportu vizasız cəmi 25 ölkəni (əvvəlki rübdə bu rəqəm 30 idi) ziyarət etməyə imkan verir.