Ev Turizm Xəbərləri Xarici vətəndaşların Azərbaycanda kart əməliyyatlarının dəyəri 82,9% azalıb

Xarici vətəndaşların Azərbaycanda kart əməliyyatlarının dəyəri 82,9% azalıb

Turizm

Bu ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23 milyon manat təşkil edib.

Gezmeli.az “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,6 milyon manat yaxud 82,9% azdır.

2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 422,7 milyon manat və yaxud 58,3% azdır.