Turizm reyestri çərçivəsində turizm şirkətlərinin reytinq sisteminin tədricən tətbiq edilməsi nəzərdə tutulur.
Dövlət Turizm Agentliyi “Turizm haqqında” yeni qanun layihəsi üzərində işləyir. Artıq qanun layihəsi dövlət qurumlarına birinci rəyə göndərilib və rəy alınıb.
Bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov məlumat verib. O bildirib ki, rəyləri nəzərə aldıqdan sonra qanun layihəsi yenidən baxılması üçün göndəriləcək. M.Muradov “Turizm haqqında” yeni qanunda nələrin öz əksini tapacağından danışmağın hələ tez olduğunu söyləyib. O deyib ki, sənəd hələ tam hazır deyil:
Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın? “Burada qeyd edilən məsələləri açıqlamaq doğru olmaz. Çünki hələ bilinmir ki, qeyd edilənlərin hansı qanunda öz əksini tapacaq. Amma ümumi yanaşma ondan ibarətdir ki, sənayeni daha çox dəstəkləyəcək və təşviq edəcək bir qanun layihəsi olsun”.
Məhəmməd Muradov bildirib ki, yeni qanun layihəsində turizm sahəsində keyfiyyətin artırılması üçün turizm reyestri, sertifikatlaşma və sığorta mexanizmlərinin kompleks halında tətbiq edilməsi nəzərdə tutulur. Turizm biznesinə girişi məhdudlaşdırmamaq və keyfiyyəti qaldırmaq üçün sənayeyə ağlabatan müddətdə vaxt veriləcək ki, onlar öz fəaliyyətini qanunun yeni tələblərinə uyğunlaşdırsınlar. Bundan başqa, tətbiq edilməsi nəzərdə tutulan turizm reyestrində əsasən otellər, restoranlar, bələdçilər, habelə səyahət agentlikləri və tur operatorlar barəsində məlumatlar toplanacaq və sözügedən məlumatlar ictimaiyyətə açıq olacaq. Turizm reyestri çərçivəsində turizm şirkətlərinin reytinq sisteminin tədricən tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd istehlakçılar üçün bazarda etibarlı, daha keyfiyyətli xidmət göstərən şirkətləri təqdim etmək və beləcə, biznes subyektlərini istehlakçılara daha yaxşı xidmət göstərmələri üçün təşviq etməkdir. Hesab edirik ki, bu, turizm şirkətlərini daha “yaxşı imic” qazanmaq üçün rəqabətə sövq edəcək”.