Yay fəsli məzuniyyətlər, istirahətlər və əyləncələr dövrüdür. Demək olar ki, dünyanın hər yerində insanlar öz məzuniyyətlərini məhz yay fəslinə planlayır və istirahətləri üçün turizmin müxtəlif növləri üzrə səyahətlər yollanırlar.
Bu məqaləmizdə yay məzuniyyətinizi unudulmaz edəcək turizm növlərindən və şəhərlərdən danışacağıq.
– İstirahət turizmi.
Dünyada ən populyar turizm növüdür – dəniz, qum və palma ağacları ilə əhatə olunmuş kurort. Məqsədi rahatlanmaq, günəşdə qaralmaq, üzmək və qısa müddətə də olsa problemlərdən uzaq olmaq.
Bu turizm növü üzrə ən məşhur kurortlar – Türkiyə yay kurortları, Yunan kurortları və adaları, İtaliyanın Positano, İspaniyanın Malyorka, İbiza, Monteneqro, Bali və ölkəmizin gözəllikləri.
– Mədəni və tarixi turizm.
Tarixi məkanlara səyahət etmək, milli adət-ənənələrlə tanış olmaqla yeni təsüratlar yaşayaraq dünya görüşünü genişləndirmək istəyənlərin üstünlük verdikləri turizm növüdür. Turizmin bu növü əsasən qrup şəklində həyata keçirilir və bir neçə gün ərzində müxtəlif şəhərlərin, hətta ölkələrin tarixi-mədəni məkanlarına səyahət edilir.
Yay fəslində Avropa ölkələrinə təşkil edilən turlardan yararlana bilərsiniz.
– Sağlamlıq Turizmi.
Səhhətində olan narahatçılıqdan qurtulmaq və sağlamlığını möhtəmlətmək üçün seçilən turizm növüdür. Elə bunun üçün termal kurortlarda tibbin müxtəlif sahələri üzrə peşəkar sanatoriyalar və müalicə komplekstləri fəaliyyət göstərir.
Rusiyanın Kislovodsk, Yessentuki, Jeleznovodsk, Ukraynanın Trukavets, Çexiyanın Karlovı Varı, Marianske Lazne və Azərbaycanımızın Naftalan və Duzdağ sanatoriyalarında sağlamlığınızı möhkəmlədə bilərsiniz.
Kruiz turları
Ən sevilən turizm növlərindən biridir. Dəbdəbəli gəmilərlə komfortlu istirahət edərək, əylənərək dünyanın müxtəlif ölkələrinə səyahət etmək insanlara möhtəşəm hisslər yaşadır. İçində kinoteatrdan aquaparka kimi bütün əyləncələri özündə daşıyan sanki dənizdə hərəkət edən bir şəhər olan kruizlər ilə nəinki bir neçə ölkələrə, hətda bir neçə qitələrə səyahət edə bilərsiniz.
Toy turizmi
Toyların təşkili və toy sonrası yeni evlilərin səyahətlərini özündə əks etdirir və günü gündən populyarlıq qazanır. Dünyanın bir çox yerlərindən insanlar toy tədbirlərinin təşkili üçün xarici şəhərlərə/ölkələrə səyahət edirlər. Toy olursa Bal Ayı da olmalıdır ki, dünyanın bir neçə kurortları Bal Ayının keçirilməsi üçün ideal hesab edilir.
Yay aylarında İndoneziyanın Bali, İspaniyanın Mayorka, Tenerife, İtaliyanın Toskana, Amalfi sahilləri Bal Ayınızın sevgi dolu keçməsini təmin edəcəklər.