Burada qızıl külçələri adi çərəzlər, içkilər kimi satış avtomatlarında satılır. Qəhvəyə darçın əvəzinə qızıl tozu qatılır. Adam başına düşən hər bir Ferrari-nin sayı isə dünyanın hər hansı bir ölkəsindən 2 qat çoxdur. Bura Əbu-Dabidir, lyüks həyat burada gündəlik həyat tərzi kimi qəbul edilib. Əbu-Dabi təkcə lüks həyat deyil. Bu şəhər Yaxın Şərqin Manhattan-ı adlanır.
Yandırıcı səhradan – cənnətə.
Yarım əsr əvvəl inkişaf edən bu əmirliyin sahəsini bir səhra əhatə edirdi. Bədəvilər burada su və pul axtarırdılar. Sahillərdə isə mirvari tapmaq məqsədilə suya baş vuran dalğıclar yaşayırdı. Əgər, əmirlikdə neft tapılmasaydı, indiyə kimi də belə vəziyyət davam edə bilərdi. Əbu-Dabi hökmdarı Şeyx Şahbət isə var-dövləti Allah yalnız onun üçün göndərdiyinə inanaraq neftdən qazanılan pulların hamısını öz sarayına yerləşdirirdi. Hətta, siçanlar bir neçə kisə pulu bağlı otaqların birində gəmirib yarasız vəziyyətə salıbmışlar.
Hər şey isə 1966-cı ildə Şahbətin balaca qardaşı Zeyd ibn Sultan əl-Nəhaiyan hakimiyyətə gəldikdə dəyişdi. Beləliklə, o, bütün ehtiyacı olanlar üçün xəzinəni açdı və dəvəsindən başqa heç nəyi olmayan bədəvilər birdən-birə varlandılar.
Körfəzin muncuqu
Əbu-Dabidə Dubaydakı kimi tıxac və sıxlıq yoxdur, burada həyat sakit və öz axarı ilə gedir. Çimərlik sevənlər üçün, əmirlik təxminən 400 kilometrlik sahillər salır. Qumu bura Əlcəzair və Misirdən gətirirlər. Bahalı otellər isə çimərlik qumunu Maldiv və Seyşel adalarından çatdırılma ilə sifariş edir. Şəhərin çimərliklərinin çoxu beynəlxalq keyfiyyət nişanı olan-“Göy Bayraq” ilə təltif olunub. Əbu-Dabidəki dəniz nisbətən dayazdır və günəş suyu daha yaxşı qızdırır ,ona görə də, mövsüm ərzində üzgüçülük üçün rahat bir temperatur təmin edilir.