Dünyanın dolanışıq sarıdan ən bahalı şəhəri Sinqapurdur.
Reytinqi “Economist İntelligence Unit” dərgisi tərtib edib . “Asiyanın aslan şəhəri” adı ilə tanınan Sinqapuru ikinci, üçüncü yerdə olan Paris və Honkonq izləyir.
Belə ki, yaşayış məsrəfləri, səyahətə və iş üçün gələnlərin mənzil xərcləri əsasında hesablanan Worldwide Cost of Living (dünyada yaşayışın qiyməti) siyahısında dalbadal beşinci dəfədir yuxarı pillədəki yerini qoruyan Sinqapur ilə Paris və Honkonq eyni (107) indeksə malikdir.
Dördüncü yerdə Sürix qərarlaşdığı halda, beşinci-altıncı yerlərdə Cenevrə və Osaka- dır. 7-8-9-cu yerləri Seul,Kopenhagen, Nyu-York, 10-11-ci yerləri isə Təl-Əviv və Los-Anceles bölüşür.