Go Travel Turizm Agentliyi

İlk öncə uçuşdan qabaq yerinə yetirməli olduğunuz sərnişin daşıma ilə bağlı yeni qaydalar sizə təqdim edirik .

Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:

– yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;

– terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq – dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;

–  aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;

– girişdə bütün sərnişinlərin  bədən hərarəti  ölçüləcək,  37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;

–  aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;

– qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways”  aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;

– uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;

–  sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Uçuş qiymətləri

Gələn həftə üçün olan birbaşa reyslərin qiymətləri

Bakı- İstanbul – 392 azn

Bakı- İstanbul- Bakı – 770 azn

Bakı -Dubai – 670 azn

Bakı- Dubay -Bakı – 1290 azn

Bakı -Berlin – 400 azn

Bakı Berlin Bakı – 770 azn

Bakı London – 680 azn

Bakı London Bakı – 1560 azn

Ətraflı məlumat üçün: 050-664-60-30

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin