Dünya üzrə ən bahalı otellərin adları açıqlanıb.

Məlumata görə, açıqlanan qiymətlər bu otellərdəki ən ucuz nömrələrin qiymətləridir.

Siyahıda birinci yeri Seyşel adalarında yerləşən “North İsland Lodge” hoteli tutur. Orada bir otağın qiyməti 6 995 ABŞ dollarıdır.

İkinci yerdə Fici adasında olan “Laucala Resort” hoteli gəlir ki, onun da qiyməti 5700 dollardır. Botsvanadakı “Khwai River Lodge” hotelinin 4710 dollarlıq otağı isə siyahıda üçüncü ən bahalı otaqdır.

Səyahətsevərlər üçün əlçatmaz olan digər hotellər Botsvanadan “Savute Elephant Camp” və “Eagle İsland Camp”dakı otaqlardır – qiymət 4710 dollar!

Fransadakı “Brando” 3947 dollar, Seyşel adalarından “Fregate İsland” 3637 dollar, Kanadada “Clayoquot Wilderness Resort” 3347 dollardır.

Siyahıda sonuncu yeri tutan “ən ucuz” hotellər: İtaliyadakı “Villa del Parco Forte Village Resort” (2183 dollar), Kanadada “Queen Charlotte Lodge” (2069 dollar), İtaliyada “Belmond Hotel Cipriani” 1869 dollar.

Məlumata görə, xüsusilə yay aylarında gənclərin üstünlük verdiyi bu hotellərə tələbat elə də az deyil.