“İnsan Bədəni” Muzeyi
İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik.
Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Niderlandda qədim universitet şəhəri olan Leyden yaxınlığında “Corpus İnsan bədəninə səyahət” adlı qeyri-adi muzey kimi yerləşir.
Bu muzeydən maraqlı görüntüləri sizlərə təqdim edirəm.Xoş izləmələr… ?
2008-ci ildə tikilən bina oturmuş insan formasındadır. Hündürlüyü 35 metr olan yeddi mərtəbəli insanın içində gəzmək, yəqin ki, hər turist üçün çox maraqlı olar. Muzeydə ekskursiya müddəti 55 dəqiqədir.
Bu vaxt ərzində insan bədənini gəzən ziyarətçilər orqanların səsini eşitməklə yanaşı, həm də orqanizmdə baş verən prosesləri müşahidə edirlər.
Beləliklə, təxminən bir saat ərzində əyani şəkildə anatomiya kursu keçənlər insan orqanizmində saçın uzanması prosesindən tutmuş, eritrositlərin formalaşmasına qədər bütün mürəkkəb proseslərlə tanış olurlar.
Ekranlarda orqanların fəaliyyəti haqqında məlumat verilir.
Qeyd edək ki, bu muzey 6 yaşından yuxarı olanlar üçün nəzərdə tutulub.
Muzey insanın daxili quruluşunu tam dəqiqliklə əks etdirir. Binanın içinə “nəhəng insanın” diz hissəsindən də eskalatorla qalxaraq daxil olurlar. Burada daxili orqanları, əzələləri, sümükləri, ürəyi, böyrəkləri, ağ ciyərləri, gözləri, qulaqlar və beyni də böyük ölçüdə görmək mümkündür.