Ev Turizm Xəbərləri Əvvəllər bu otelin yerində “Tibb işçilərinin evi” olub

Əvvəllər bu otelin yerində “Tibb işçilərinin evi” olub

Four Season Hotel Baku

Neftçilər prospekti Azneft dairəsində hazırda dünyada məşhur otellər şəbəkəsi olan “Four Season Hotel”in Bakı nümayəndəliyi “Four Season Hotel Baku” yerləşir.

Lakin çox-çox əvvəllər 1860-cı ildə indiki “Four Season Hotel Baku”nun yerində memar Karl Hillius tərəfindən inşa edilmiş bina olub. 19-cu əsrdə Seyid Mirbabayev tərəfindən alınan tikili Bakı Quberniyasının qubernatorlarına icarəyə verilirmiş. Belə ki, 1868-ci ildə Şamaxıdan Bakıya köçən qubernator özünə layiq ev tapmadığından sonradan Qubernator evi adını alacaq bu binada icarə əsasında yaşamağa başlayır. Lakin illər keçdikdən sonra Bakıda yeni binaların tikilməsi binanı qubernatorlar üçün maraqsız edir. Sovet dövründə isə bu tikili tibb işçilərinin binası kimi təyin edilir.

Four Season Hotel Baku

2000-ci illərdə Azərbaycan hökuməti tikilini bərpa etmək istəsə də bu mümkün olmur . Çünki bina olduqca köhnəlmiş və qəzalı vəziyyətə düşmüşdü. Beləliklə sonradan bu yerdə 2009-cu ildə dünyaca məşhur otellər şəbəkəsi olan Four Season mehmanxanasının tikintisinə başlanılır. 2012-ci ildə otel tam inşa edilərək təhvil verilir.

Four Season Hotel Baku


Hoteldə 171 otaq var ki, onlardan 27-si lüks otaqlardı. Həmçinin oteldə iki Xəzər və Liman adlı prezident nömrələri var. Oteldə biznes görüşləri üçün muğam adları ilə adlandırılmış 5 biznes zallar var. Həmçinin banketlərin keçirilməsi üçün Segah və Rast adlı zallar da fəaliyyət göstərir. “Four Season Baku”nun 350-dən çox işçi personalı var.

Four Season Hotel Baku