PAYLAŞ
"1st Azerbaijan Tourism Awards - A signature of excellence"

Tourism Lab. MMC-nin təşkilatçılığı ilə “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbiri keçiriləcək. Mükafat Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərən şirkət və şəxslərə təqdim olunacaq. Mükafatın təqdimetmə tədbiri 06 Oktyabr tarixində Pullman Bakı otelində baş tutacaq. Tədbirdə 250 nərəfə yaxın turizm sahəsində, yüksək vəzifələrdə çalışan mütəxəsislərin iştirakı nəzərdə tutulur. “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbirinin əsas məqsədi Azərbaycanda turizm və qonaqpərvərlik sənayesində çalışan peşəkarları həvəsləndirmək və dünya səviyyəsində ölkəmizin müsbət imicini yaradan yüksək nailiyyətlər qazanmış turizm şirkətlərini cəmiyyətə təqdim etməkdir. Mükafatlandırma mərasimi, milli və yerli turizm şirkətləri, mehmanxana, tur operatorlarını, səyahət agentliklərini, səyahət blogerlərini, turizm portallarını və bir çox turizm peşəkarlarını bir araya gətirən bir tədbirdir.

Tədbirin simvolu və logosu kimi “Qarabağ Atı” seçilib. Qarabağ atları xaraktercə sərt, güclü, sadiq və etibarlı. sürətli və çevikdirlər. Logonun qızılı rəngdə olmasının səbəbi isə bu rəngin özündə yaradıcılığı, səyahəti, müxtəlifliyi, müstəqilliyi ehtiva etməsidir. At həmişə fərqli mədəniyyətlərdə qüvvət, qələbə və inkişaf simvolu olmuşdur.

“1st Azerbaijan Tourism Awards – A signature of excellence” layihəsi turizm sənayesində çalışanlar üçün yaxşı bir çağırış və onların xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsi üçün motivasiyadır. Tədbirdə 30-a yaxın nominasiya üzrə mükafatlandırma olacaq.