Dünyanın ən çox ziyarət edilən 3 ölkəsi
2017-ci ildə dünyada ən çox səyahət edilən ölkələr sırasında Fransa, İspaniya və ABŞ yer alıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə İspaniyada törədilən terror aktlarına və siyasi xaosa baxmayaraq ölkə siyahıda ABŞ-ı geridə qoyaraq 2-ci pilləyə yüksəlib və yalnız Fransadan geridə qalıb. Bu barədə açıqlama verən İspaniya prezidenti Mariana Raxoy turizm gəlirlərinin 12% artaraq 87 milyard avroya yüksəldiyini qeyd edib. Siyasi qarşıdurmanın yaşandığı Kataloniyada isə turizm gəlirləri 9% artıb.
Fransanı 2017-ci ildə ziyarət edənlərin sayı isə təxminən 90 milyon nəfər ətrafında olub.
ABŞ Beynəlxalq Ticarət İdarəsinin məlumatına görə, Donald Trampın ABŞ prezidenti seçilməsindən bəri, turist sayında azalma müşahidə edilib. Turist sayı 2017-ci ilin ilk 4 ayında 5%, sonuncu 4 ayında isə 3% aşağı düşüb.