“NATİONAL GEOGREPHİC” JURNALI TÖVSİYƏ EDİR
“National Geogrephic” jurnalı turistlər üçün dünyada ən maraqlı olan yerlərin siyahısını hazırlayıb. Siyahı səyahətçilər və turistlər arasında keçirilən sorğu əsasında tərtib edilib.
Reytinq müəllifləri birinci yerə Efiopiyanın Xarar şəhərini çıxarıblar. Bu şəhərə getməyə cürət edən turistlər 82 məscidi ziyarət edə, ölkədə hazırlanan ən yaxşı pivənin və çox ətirli qəhvənin dadına baxa bilərlər.
Bundan əlavə, gecələr şəhərə gələn goreşənlərlə qarşılaşmaq riski də var. Yeri gəlmişkən, deyilənə görə, həmin goreşənləri xüsusi olaraq yemləyirlər.
Reytinqdə ikinci yerdə Argentinanın Jujuy əyaləti gəlir. Bu əyalətdə əsas görməli yer YUNESKO-nun Ümumdünya İrsinə daxil edilən gözəl Kebrada-de-Umauaka vadisidir. Əsrarəngiz qayalarla əhatələnən bu yerdə qədim dövrlərdən insanlar yaşayıb. Ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlar bu ərazidə bizim eradan 9 min il əvvəl yaşayıblar.
Nəhayət, üçüncü yerə Gürcüstanın Tbilisi şəhəri layiq görülüb. Reytinq tərtibatçılarının fikrincə, arxitektura rəngarəngliyinə, xəngələ və yerli sakinlərin inanılmaz qonaqpərvərliyinə görə, bu şəhərə səfər etmək lazımdır.