PAYLAŞ
Coco Plum


Mərkəzi Amerikanın şimal-şərqində yerləşən Belizin “Coco Plum” adasına daxil olmaq üçün 21 yaşınızı tamamlamağınız mütləqdir.

Coco Plum


Dünyanın bir çox yerində qadağa edilən hərəkətlər burada sərbəstdir.
Hətta adada qalan şəxs istəsə çılpaq da gəzə bilər. Ancaq adada qalmaq üçün ödəyəcəyiniz məbləğ o qədər də az deyil. Adada dünyanın ən lüks otellərindən biri yerləşir. Bir nəfər “Coco plum” adasında bir həftə qalmaq üçün 6 min dollar ödəniş etməlidir.

Coco Plum


Lakin 6 min dollar ödəyə bilmək adada qalmaq üçün yetərli deyil. Tətil üçün müraciət edəndən sonra sizin sıranızın gəlməsini gözləməlisiniz. Çünki ada hər həftə ancaq 48 ziyarətçi qəbul edə bilir.

Coco Plum


Adaya gedə bilmək üçün vacib şərtlərdən biri də 21 yaşınızı tamamlamış olmağınızdır. Ada bal ayı keçirmək istəyənlər başda olmaqla, hər yaşda cütlüyün qalmaq istəyəcəyi məkandır. Ancaq uşaqlı ailələr qəbul edilmir.
Oteldə qalacağınız otaqlar ev tiplidir və bir-birindən çox uzaqdadır. Hər il adada qalmaq üçün kütləvi müraciətlər qeydə alınır.

Coco Plum