PAYLAŞ

          Lisenziyaların ləğvi

Bu il yanvar-iyun ayları ərzində Azərbaycanda 5 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ləğv edilib.

 

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, həmin müddətdə turizm fəaliyyəti ilə bağlı 22 hüquqi və fiziki şəxsə verilmiş lisenziyalar ləğv edilib. Onlardan yalnız 4-nün fəaliyyəti daha sonra bərpa edilib.

Bu ilin yanvar-iyun ayları ərzində 27 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün (lisenziya) verilib. Hazırda respublikada 194 turizm şirkəti fəaliyyət göstərir.

Həmin müddət ərzində 24 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda respublika ərazisində 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.