Ev Ölkələr Fransa 300 milyondan çox səyahət edilən ərazi

300 milyondan çox səyahət edilən ərazi

İndiyədək Eyfel qülləsini 300 milyondan çox insan ziyarət edib

Fransanın paytaxtı Paris şəhərinin ən məşhur tarixi abidəsi olan Eyfel qülləsi turistik məkan kimi uzun illərdir dünya əhalisinin diqqətini çəkməyə davam edir. Turistik məkana xidmət edən SETE kompaniyası maraqlı statistika açıqlayıb.

Paris, Fransa

1889-cu ildən indiyədək Eyfel qülləsini 300 milyondan çox insan ziyarət edib.

Paris, Fransa

Eyfel Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də, bütün dünyada Fransanın simvoluna çevrilib.

Eyfel” adı qülləyə onu inşa edən memarın – Qustav Eyfelin (fr. Gustave Eiffel) adından verilib. Memar özü isə qülləni “300 metrlik qüllə” adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir.