Ev Turizm Xəbərləri 86 ildən sonra Ayasofyadakı ilk Cümə namazına hansı dövlət başçıları qatılacaq?..

86 ildən sonra Ayasofyadakı ilk Cümə namazına hansı dövlət başçıları qatılacaq?..

Aya Sofya

Azərbaycan Prezidenti İlham Əliyevin də bu möhtəşəm məsciddə namaz qılacağı gözlənilir…

Yenidən ibadətə açıq edilməsi qərarından sonra qısa müddətə bağlanan Ayasofya məscidində ilk Cümə namazına hazırlıq işləri sona çatıb. Azərbaycan Prezidenti İlham Əliyev, Qətər əmiri və digər dövlətlərin başçıları Ayasofyada bu gün 24 iyulda təntənəli bir şəraitdə keçiriləcəkilk müsəlman ibadətinə dəvətlidir.

Gezmeli.az xəbər verir ki, bu haqda “Rossiyskayaqazeta” məlumat yayıb.

Ayasofya məscidində qılınacaq ilk cümə namazında Prezident Rəcəb Tayyib Ərdoğan, digər dövlət başçıları və MHP prezidenti Dövlət Bahçeli də daxil olmaqla 1500 nəfərin iştirak edəcəyi gözlənilir.

Hazırlıqlar çərçivəsində Ayasofya meydanının Hürrem Sultan hamamının yerləşdiyi hissədə mərasimi izləyəcək yerli və xarici jurnalistlər üçün bir platformaqurulub.

Bir çox təhlükəsizlik əməkdaşı maneələrlə bağlanmış meydanda önləyici təhlükəsizlik tədbirlərigörür.

Türkiyənin “Hürriyyet” qəzetinin yazdığına görə, Ayasofyanın ziyarətçilər üçün açılışı İstanbul vaxtı ilə saat 10:00-a planlaşdırılır.

Bütünhəftə boyu Ayasofyada ilk namaz hazırlıqları davam edib. Döşəmə “ördəkbaşı rəngi”ndə olan 14 min kvadrat metrlik yaşıl xalçalarla örtülüb. Xalçalar Türkiyənin Manisa vilayətində təmiz yundan hazırlanıb. Ənənəvi Osmanlı naxışları ilə bəzədilib.
Qədim mərmər döşəmələrə ziyan vurmamaq üçün xalçalar altdan iki hissə mahudun üzərindən sərilib. Birinci mərtəbədəngörünən xristian mozaikaları namaz əsnasında pərdələrlə örtüləcək.

Bundan əvvəl Türkiyə Diyanət İşləri Müdirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Ayasofyanın statusu dəyişdikdən sonra da ümumdünya irsi obyekti olaraq qorunmağa davam edəcəyini rəsmi olaraq təsdiqləyib