Ev Gəzməli yerlər Gəzəyənlər Avropanın cırtdan olan 10 ÖLKƏSİNİ tanıyaq

Avropanın cırtdan olan 10 ÖLKƏSİNİ tanıyaq

AVROPANIN 10 ən KİÇİK ÖLKƏləri

Vatikan

Vatikan
Vatikan

sahəsi 0.44 km2, əhalisinin sayı isə 930 nəfərdir. 7 iyun 1929-cu İtaliya hökuməti ilə imzalanan “Lateran sazişi”nə əsasən, paytaxt Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində yaranıb. Dünyanın ən kiçik dövləti sayılır.

Əksər ölkələrlə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Qanunlara görə, ordu yarada bilmir. 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir (2013-cü ilə olan məlumata görə). Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Şəhər isə İtaliyanın himayəsi altındadır.

Monako 

Monako
Monako

sahəsi 2.02 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır. Monako incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.

San Marino

San Marino
San Marino

sahəsi 61 km2, əhalisinin sayı isə 26,000 nəfərdir. İtaliyanın ərazisində yerləşir. 225 əsgərlik bir ordusu var. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etməkdir.

Lixtenşteyn

Lixteyşteyn
Lixtenşteyn

sahəsi 160 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir, Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katolik, 8 faizi isə protestantlardırlar.

Malta

Malta
Malta

sahəsi 316 km2, əhalisinin sayı isə 500,000 nəfərdir. Ada-dövlətdir. Aralıq dənizində yerləşir. 3 adadan ibarətdir- Malta-237 km2, Qozo-68 km2 və Komino-2 km2. 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

Andorra 

Andorra
Andorra

sahəsi 468 km2, əhalisinin sayı isə 100,000 nəfərdir. Andorra Avropada dənizə çıxışı olmayan, Piriney yarımadasının şərqində, Fransa ilə İspaniya arasında yerləşən cırtdan ölkədir. Rəsmi adı Andorra Knyazlığıdır.

Lüksemburq 

Lüksenburg
Lüksemburq

sahəsi 2,586 km2, əhalisinin sayı isə 500,000 nəfərdir. Rəsmi adı Böyük Lüksemburq hersoqluğudur. Həmçinin “polad hersoqluğu” kimi də tanınır.

Kipr

Kipr
Kipr

sahəsi 9,251 km2, əhalisinin sayı isə 1,000,000 nəfərdir. Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsidir. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Ölkə məşhur turizm mərkəzidir. Ada əhalisinin əksəriyyətini yunanlar və türklər təşkil edir. Ölkənin iki rəsmi dili var – yunan və türk.

Monteneqro

Monteneqro
Monteneqro

sahəsi 13,812 km2, əhalisinin sayı isə 600,000 nəfərdir. Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Çernoqoriyanın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən “baş şəhər” sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.

İslandiya

İslandiya
İslandiya

sahəsi 103,000 km2, əhalisinin sayı isə 300,000 nəfərdir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi var. Yerləşdiyi ada volkanik mənşəylidir. Adada gündəlik şəkildə volkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir.