Azərbaycanlılar liderlər sırasındadır
Ukrayna paytaxtına səfər edən azərbaycanlıların sayı artır. Bununla yanaşı, Azərbaycan hələlik liderlər siyahısında mövqeyini dəyişə bilməyib.
Gezmeli.Az xəbər verir ki, bununla bağlı Ukrayna Sərhəd Xidməti məlumat yayıb.
Kiyevə tez-tez səfər edən turistlərin gəldiyi 10 ölkənin adı üç ildir ki dəyişməz olaraq qalır: Belarus, İsrail, ABŞ, Almaniya, Türkiyə, Böyük Britaniya, Azərbaycan, İtaliya, Fransa və Gürcüstan.
Son altı ayda Ukraynanın paytaxtına 25,9 min azərbaycanlı turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 min nəfər çoxdur. Ümumilikdə son altı ayda Kiyevə 850 min turist səfər edib. Bu fikirləri Kiyev şəhər administrasiyasının turizm idarəsinin rəisi Anton Taranenko deyib.
“İlin ilk altı ayı ərzində 850 min turist Kiyevə səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz çoxdur”, – o bildirib.