SƏYAHƏT ÇOXLARININ ARZUSU OLSA DA, BƏZƏN GƏRGİN İŞ QRAFİKİNƏ GÖRƏ GEDƏ BİLMİR, BƏZƏN DƏ YETƏRİNCƏ PULU OLMADIĞI ÜÇÜN ARZUSUNU ÜRƏYİNDƏ BOĞMALI OLUR İNSAN
Bir də uşaqlı analar var bunu özünə dərd edir. Tez-tez eşitmək olur bu şikayətləri: “Uşaqla necə səfərə çıxım axı?!”, “Bütün səfər burnumdan gələr” və s. Əksər qadınlar düşünür ki, uşaq onun əl-qolunu bağlayır, onunla nəinki səyahətə, heç əvvəl getdiyi restorana, kafeyə, dükana, hətta dostlarla görüşə də getmir. Yollar, iqlim və saat qurşağının dəyişməsi, təyyarə, avtobus, qatar, otel narahatlıq və gərginlik yarada bilir. İlk baxışda bütün bunlar bir balaca çətin ola bilər. Ancaq bu, səyahət etmək və bundan zövq almağa maneə olmasın gərək.
Dünyanı gəzən ailə
Elə Adam və Emily Harteau cütlüyü kimi. Onlar hətta iki uşaqla dünyanı gəzirlər. Üstəlik, uşaqlardan biri körpədir. Onlar Kaliforniyadakı evlərini, həyatlarını arxada qoyub, uzunmüddətli səyahətə çıxıblar. Özü də şəxsi karavanları ilə. Bu ailəyə həsəd aparmamaq əldə deyil ?