Kanadalı 11 ilə bütün dünyanı gəzib dolaşdı
Orta yaş böhranı Jan Belivo adlı kanadalını uzun səyahətə çıxmağa sövq etdi. O 11 il ərzində dünyanın 64 ölkəsini piyada gəzərək ümumilikdə 75500 kilometr qət etdi.
45 yaşına çatdıqdan sonra Monrealda kiçik biznes sahibi olan Jan Belivo öz həyatı, onun mənası, öz rolu haqda düşünməyə başladı. Fikirlərini toplamaq üçün o şəhər üzrə yürüyüşlər edirdi. Günlər bir-birini əvəz etdikcə həmin gəzintilər bir-birindən davamlı olurdu və bir dəfə o Nyu York üzrə 600 km-lik yürüyüş etməyi qərara aldı. Bu yolu qət etmək mümkündürsə – dayanmaq nəyə gərək? “Cəmiyyət tərəfindən yeyilməkdənsə Afrika şirləri tərəfindən yeyilməyi üstün tuturam”-deyə düşünən Jan əşyalarını hazırlayıb yola düşdü
Həyat yoldaşı bu ideyanı dəstəkləyərək, onun üçün ailə büdcəsindən 4000 kanada dolları ayırdı (3000 ABŞ dolları). Jan özü ilə az miqdarda yemək, paltar, tibbi çanta, kiçik çadır və gecələmə torbasını götürərək onların hamısıını üç təkərli arabasına yerləşdirdi və özü ilə apardı. Beləliklə indiyə qədər insanlığa məlum olan və rəsmi şəkildə qəbul olunmuş ən uzun səyahət başlamış oldu.Öz yürüyüşünü Jan sülh uğrunda mübarizəyə və uşaqların müdafiəsinə həsr etdi. 11 il piyada gəzərək o 75500 kilometr, 64 ölkə, 6 səhra qət edərək 54 cüt ayaqqabı dəyişdi, bunların əvəzində isə yaddaşdan silinməyəcək bir çox macəra yaşadı.
Qvatemala və Ekvadorda yerli kriminal qrupları belə onun atdığı qeyri adi addımına hörmət əlaməti olaraq Janı öz himasyəsi altına alır və hətta pul ilə də təmin edirdi. Sudanda o uzun saqqal saxlamalı, Afrikada həşəratlarla qidalanmalı olurdu. CAR-da polislər onu həbsxana kamerasına yerləşdirərək gecələmə yeri ilə təmin etmiş oldu, lakin səhərisi gün həmin polislərin növbəsi başa çatdığı zaman həmkarlarını Jan haqda xəbərdar etməyi unutduqlarına görə, yeni növbəyə gələn polislər onu azadlığa buraxmaq istəmirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.
Ümumilikdə Jan bütün dünyada 1600 ailə ilə tanış oldu. Bəzi ölkələrə, (Məsələn, Liviyaya) viza almaq mümkün olmadı. Digərləri isə (Məsələn, Hindistan, Efiopiya) firavan Kanadanın vətəndaşını yoxsulluğu ilə çox kədərləndirdi. Bütün bunlara baxmayaraq demək olar ki, hər yerdə insanlar onu mehriban şəkildə qarşılayaraq var gücü ilə yardım edirdi. Jan yalnız yolun piyada gedilməyə mümkün olmayan hissəsi üçün pula ehtiyac duyurdu (Bir qitədən o biri qitəyə). Hətta yeni ayaqqabıları belə ona müxtəlif ölkələrin insanları hədiyyə edirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.
Yeni biliklərlə zənginləşən Jan bütün bunlarla bərabər ailə ocağından məhrum oldu. 11 il ərzində Janın həyat yoldaşının onunla görüşə biləcəyi yerlərə gəlməsinə, onun rəsmi internet səhifəsini dəstəkləməsinə baxmayaraq cütlük evliliyini qoruyub saxlaya bilmədi. Belivo həmçinin uşaqlarının həyatındakı vacib anları da gözündən qaçırdı. O Monrealı tərk edən zaman qızının 18, oğlunun isə 20 yaşı var idi. Sonradan Jan baba oldu, lakin nəvəsi ilə ilk dəfə onun 5 yaşı tamam olduqdan sonra görüşdü.
Bunlara baxmayaraq Jan heç nədən heyfslənmir. 2000-ci ilin avqustundan 2011-ci ilin oktyabrına qədər o dünyanın demək olar ki, hər nöqtəsində olub. Gedilən ölkələr arasında həmçinin – Azərbaycan, Türkiyə, , İran, Çin, Yaponiya, İndoneziya, Avstraliya, Braziliya, Kolumbiya, Cənubi Afrika, Misir, Mərakeş də var.