“Eurotourism Travel Agency” İsraildə İMTM 2019 beynəlxalq turizm sərgisində iştirak etdi.
İTTM-2019 25-ci illik beynəlxalq turizm sərgisi Tel Aviv şəhərində 12-13 fevral tarixləri arasında təşkil edildi.
IMTM İsrail turizm bazarında yeganə rəsmi və peşəkar sərgi sayılır.
Tədbirdə İsrail turizm bazarının nümayəndələri və digər ölkələrin iştirakçıları, otel və avtomobil icarəsi şirkətlərindən turoperatorlar, peşəkar assosiasiyalar, bələdiyyələr və texnologiya təchizatçıları iştirak ediblər.
IMTM çərçivəsində seminar və mətbuat konfransları da təşkil edildi. Səhər saatlarında sərgi yalnız turizm sənayesinin peşəkarları, günortadan sonra isə bütün gələn qonaqlar üçün təşkil olunub
“Eurotourism Travel Agency” şirkəti bu sərgidə iştirak edərək, yeni tərəfdaşlıqlarını uğurla qurdu. Şirkət nümayəndəsi İsraildə səyahət şirkətlərinin liderləri və rəhbərləri ilə 30-dan çox iş görüşməsini keçirdi.
Stendə Hindistan, Qazaxıstan və Rusiya şirkətlərinin nümayəndələri böyük maraq göstərdilər.
Ümumiyyətlə sərgi olduqca məhsuldar keçdi və İsraildən gələn turistlər axınına müsbət təsir göstərəcəkdir.
Qeyd etmək istərdik ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. 2017-ci illə müqayisədə 2018-ci ildə İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161% artım (40 min səyahətçi) olub.