Ev Turizm Xəbərləri Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

Bakı

Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Milli şirkətKazakh Tourism” Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.

Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal “B2B” formatında danışıqları nəzərdə tutulub.