Ev Turizm Xəbərləri “Dünyanın damı”nda həyat

“Dünyanın damı”nda həyat

Lxasa

Lxasa Çin Xalq Respublikasının Tibet muxtar vilayətinin paytaxtı və müqəddəs şəhəridir.
Keçmişdə budda dininin dini lideri və Tibet hökmdarı Dalay Lama bu şəhərdə yaşayıb.

Lxasa


1959-cu ildə Çin idarəçiliyinə qarşı bir üsyan başladan Dalay Lama sülh əldə edilməsinin mümkün olmadığını görüb və Hindistan hökumətinin dəvəti ilə bu ölkəyə gedib.

Lxasa


Lxasa “yasaq şəhər” kimi tanınır, çünki bura tarixin müəyyən dönəmində yadellilərə qapalı olub. 1904-cü ilə qədər tibetlilərdən başqa heç kim bu şəhərə gedə bilməyib.

Lxasa


Lxasa ölkənin cənub-şərqində, Himalay dağlarının yüksəkliklərindən birinin üzərində, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Hindistan sərhədinə çox yaxındır.

Lxasa


Lxasada tarixi önəm daşıyan bir çox bina var. “Dünyanın damındakı inci” olaraq adlandırılan Potala Sarayı, 1300 illik tarixi ilə Jokhanq məbədi, yay sarayı Norbulinka, günortadan sonra bağçasında monkların mübahisəli dərsləri ilə məşhur olan Sera monastırı və şəhərdən 45 km uzaqda, 4400 metr yüksəklikdəki Qandan monastırı ilə səyahətçi və fotoqrafların mütləq görməli olduğu yerlərdəndir.

Lxasa


Tibet təxminən 4900 metrlik yüksəkliyi ilə “Dünyanın damı” kimi tanınır. Hazırda Çinlə sürgündəki Tibet hökuməti arasında anlaşılmazlıqlar var.
Tibetin özünəxas mədəniyyət və zənginliklərinin “mədəni soyqırıma” məruz qaldığı iddia edilir. Çin hökuməti bu iddiaları rədd edir.

Lxasa