“Deutsche Bank” dünyanın müxtəlif şəhərlərində standart romantik görüşün dəyərini qiymətləndirərək reytinq tərtib ediblər.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indeksə taksi, ikinəfərlik şam yeməyi, iki bokal pivə, həmçinin ikinəfərlik kinoteatr xərcləri daxildir.
Romantik görüş üçün ən bahalı şəhərlərin reytinqi:
| # | Şəhər | Ölkə | Romantik görüşün dəyəri, ABŞ dolları |
| 1 | Sürix | İsveçrə | 202,7 |
| 2 | Oslo | Norveç | 163,9 |
| 3 | Kopenhagen | Danimarka | 157,8 |
| 4 | Helsinki | Finlandiya | 150,5 |
| 5 | Tokio | Yaponiya | 148,3 |
| 6 | Nyu-York | ABŞ | 142,8 |
| 7 | Amsterdam | Niderland | 140,8 |
| 8 | London | Böyük Britaniya | 137,7 |
| 9 | San-Fransisko | ABŞ | 137,5 |
| 10 | Stokholm | İsveç | 132,2 |





















