Ev Turizm Xəbərləri Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmə görə mükafat almış ilk ölkədir

Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmə görə mükafat almış ilk ölkədir

Portuqaliya

Dünya Turizm Təşkilatının (UNWTO) “Əlçatan turizm istiqaməti” adlı mükafatına layiq görülmüş ilk ölkə Portuqaliya olub.

AZƏRTAC Portuqaliya İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmin təşkilinə görə xüsusi mükafata layiq görülmüş yeganə ölkədir. Mükafat ilk dəfə bu il UNWTO tərəfindən təqdim ediləcək.

Təşkilatın hesablamlarına görə, təkcə Avropada mobilliyə xüsusi ehtiyacı olan 90 milyon turist var. Buna görə də Portuqaliya turizmin əlyetərliliyi sahəsində lider kimi öz namizədliyini irəli sürməyi planlaşdırır. Fiziki imkanları məhdud olan insanların məsələləri üzrə dövlət katibi Ana Sofiya Antunes deyib: “Hökumət Portuqaliyanı həqiqətən inklüziv ölkəyə çevirməyə yönəlmiş addımlar atıb. Artıq geriyə yol yoxdur”.