Ev Turizm Xəbərləri Şamaxıda “Sakura bağı” salınıb

Şamaxıda “Sakura bağı” salınıb

turizm

Dekabrın 24-də Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Keisuke Yamanakanın başçılıq etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Tahir Məmmədov qonaqlara Şamaxının tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib.

Sonra qonaqlar Yaponiyadan Şamaxıya gətirilən 1000 ədəd Sakura ağacının əkildiyi bağın ərazisinə gələrək ağacəkmədə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Şamaxıda salınan “Sakura bağı” Yumi Azuma, Takuya Hamaguchi, Masaki Komatsu, Hiromichi Katayama, Toru Araki, Kəmalə Novruzəliyeva və digərlərinin təşəbbüsü ilə reallaşıb. Ölkələrimiz arasında münasibətlərin mədəni səviyyədə daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Qonaqlar Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramına da qatılıb. Daha sonra rayonun tarixi, maddi-mədəni abidələri və müasir turizm kompleksləri ilə tanış olublar.