Ev Turizm Xəbərləri Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçirilir

Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçirilir

forum

Martın 5-də Tbilisidə Azərbaycan-Gürcüstan iş adamlarının biznes forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının təşkil etdiyi tədbirdə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Yekaterine Mikabadze, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, BP, SOCAR, “PAŞA Bank”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, diplomatik korpusun nümayəndələri də iştirak edirlər.

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ), qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkət və iş adamları da forumda təmsil olunurlar.

Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburadze, nazir müavini Y.Mikabadze, səfir D.Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları çıxış edərək forumun əhəmiyyətindən danışıb. Bu cür tədbirlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

Tədbirdə Azərbaycanın və Gürcüstanın iqtisadi imkanları, turizm, biznes və investisiya mühiti barədə məlumat veriləcək. İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf perspektivlərinə dair təqdimatlar olacaq.