Ev Turizm Xəbərləri Krımda xaricilərə torpaq almaq – QADAĞAN EDİLDİ

Krımda xaricilərə torpaq almaq – QADAĞAN EDİLDİ

Krım

Rusiya hökuməti xarici vətəndaşlara və şirkətlərə Krımda torpaq almağı qadağan edib.

FED.az xəbər verir ki, prezident Vladimir Putinin bu barədə fərmanı təkcə Kramı deyil, Rusiyanın Həştərxan və Kalininqrad vilayətlərinə də aiddir. Bundan sonra həmin ərazilərdə də xaricilərin torpaq alması qadağan ediləcək.

Qeyd edək ki, məşhur turizm bölgəsi olan Krım vaxtilə Ukrayna ərazisi olub. Rusiya 2014-cü ildə bu ərazini işğal edib. Rusiya tərəfi iddia edir ki, burada keçirilən referendumda yerli əhali Rusiyanın tərkibinə qatılmağa səs verib, Ukrayna tərəfi isə bu referendumu tanımır və ərazinin Rusiya tərəfindən işğal edildiyini bildirir.

Rusiyanın Həştərxan vilayəti isə kənd təsərrüfat torpaqları ilə məşhurdur, son vaxtlar burada geniş aqrar layihələr həyata keçirilir, o cümlədən pomidor parnikləri qurulur.