Dünyanın hər yerindən minlərlə turistin Hindistana axın etdirən möhtəşəm tikili Tac Mahal. Tikintisinə 1631-ildə başlanmış bu minarə Hindistan şahı Cahan xanı tərəfindən yoldaşı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün inşa edilmişdir.
Rəvayətə görə Cahan xan hələ 16 yaşındaykən kasıb bir qıza aşıq olub onunla ailə qurur. Onlar 17 il birlikdə ömür sürürlər. Lakin Mumtaz Mahal 14-cü uşağı dünyaya gətirərkən vəfat edir. Cahan xan yoldaşını itirməklə barışa bilmir və sevdiyi xanımın gözəlliyini, onların sevgisini təcəssüm edəcək minarə tikdirmək qərarına gəlir və ən yaxşı memarları cəlb edir. 1631-ci ildə başlanan tikinti 20 il davam edir.
Tac Mahal sevgi rəmzi olmaqla yanaşı zərgərlik incisidir. Tikili əsasən zümrüd, müxtəlif növ əqiq və digər dəyərli daşlar, qızıl və gümüş ilə bəzənmişdir. Bunlardan əlavə Tacmahal divarlarını 74 sapfir, 625 almaz, 144 rubin və 97 topaz daşları ilə bəzənmişdir.
Ağ mərmərlər inşa edilən Tac Mahal 4 əsrə yaxın yaşına baxmayaraq ona baxanları özünə heyran edir. Türbənin gözəlləşdirən daha bir səbəb türbənin görünüşdə rənginin dəyişməsidir. Yağış zamanı türbə şəffaf görünüşə sahib olur, səhərlər günəş çıxarkən cəhrayı, gün batımında isə qızıl suyuna salınmış kimi parıldayır. 1983-cü ildə Tac Mahal UNESCO-nun Dünya İrsi Siyahısına daxil oldu. Əlavə olaraq, məqbərəm Dünya Yeni Yeddi Möcüzələrinin beynəlxalq siyahısına daxil edilmişdir. Hər il bu gözəl memarlıq incisini bir neçə milyon turist ziyarət edir.
İş vaxtı: Tac Mahal iş günləri Gün çıxandan Gün batımınadək açıq olur. Cümə günləri əraziyə heç kim buraxılmır
Giriş biletinin qiyməti: Böyüklər üçün 16 usd 15 yaşadək ziyarətçilər ödənişsizdir