Ev VİZA Şengen vizası nədir?

Şengen vizası nədir?

“Şengen” sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. 1985-ci il iyunun 5-də bu şəhərdə Avropa ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan saziş imzalanıb.

 

Sonrakı illər bir çox ölkələr də bu sazişə qoşulub. Saziş 1995-ci il 26 mart tarixində qüvvəyə minib. İlk olaraq 5 ölkə qatılıb: Lüksemburq, Fransa, Niderland, Belçika, Almaniya (AFR). Beləliklə, siyahı uzanıb..

İslandiya, Lixtenşteyn, İsveçrə və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Yalnız Avropa Birliyinə daxil olan 5 ölkə – Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyil.

ŞENGEN VİZASI BİZƏ HANSI ÜSTÜNLÜKLƏRİ VERİR?

Şengen vizası

Şengen vizası ilə sən bir ölkəyə daxil olaraq bütün Şengen zonasını rahatca gəzə bilərsən. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur.

Şengen qısamüddətli vizadır. Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçünsə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər sən yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsənsə, birbaşa həmin ölkə səfirliyinə müraciət etməlisən. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursansa, onda əsas istiqamətin olan ölkənin səfirliyinə müraciət et. Əgər sən müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutur və onlardan heç biri sənin əsas istiqamətin deyilsə, o zaman ilk ayaq basacağın ölkənin səfirliyinə müraciət etməlisən. Vizaya müraciət üçün şəxsən özün getməli, ərizə forması (şəxsən doldurmalı və imzalamalısan) və səyahətin üçün digər lazımi sənədləri özün təqdim etməlisən.

Viza rüsumunun məbləği 35 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. 35 avrodan başqa heç nə ödəmirsən.

Şengen vizası

Qeyd: Çox vaxt düşünürük ki, bəlkə hansısa turizm agentliyinə müraciət etsək vizanı asanlıqla alarıq. Deyim ki, turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır. Boşuna məsrəf etmə ?