Polşanın Azərbaycandakı səfirliyi milli viza üçün müraciətlərin qəbulu bərpa edəcək.
Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki Konsulluq və Polşa Diasporası Departamentinə istinadən xəbər verir ki, 27.07.2020 tarixindən etibarən milli viza üçün müraciətlərin qəbulu bərpa ediləcəkdir. Şengen vizası üçün müraciətlər isə yalnız təcili və əsaslandırılmış hallarda (Konsulun qərarı ilə) qəbul olunur.
Viza üçün müraciət etmə ehtimalı yalnız Polşa Respublikasının ərazisinə daxil olmaq üçün səlahiyyətli şəxslərə şamil olunur https://www.gov.pl/…/pola-respublikas-srhdlrini-kemk-v-mtlq…
Onu da qeyd edək ki, viza müraciəti üçün yeni qaydalar tətbiq ediləcək.
• Konsulluğun qarşısında gözləyənlərin sayını azaltmaq məqsədi ilə təyin edilmiş vaxtda gəlməyiniz xahiş olunur.
• Vətəndaşların arasında əz azı 2 metr məsafə saxlamağınız və Səfirliyin və Konsulluğun qarşısında 5 nəfərdən çox toplaşmamağınız xahiş olunur.
• Konsulluğa daxil olarkən qoruyucu maska taxılması və əllərin dezinfeksiya edilməsi xahiş olunur.
• Konsulluğa müraciət edən şəxsi müşaiət edənlər buraxılmır.
Viza üçün müraciət etmək istəyən şəxslər məlumatlarını göstərilən elektron poçt ünvanına göndərməlidirlər: baku.wkp.rejestracja@msz.gov.pl
Bu məlumat yerləşdirildiyi tarixdən əvvəl viza üçün göndərilmiş elektron müraciətlərə baxılmayacaqdır.
Elektron poçtla göndərilən məlumatlar aşağıda qeyd olunanları ehtiva etməlidir:
1. Ad və soyad
2. Əlaqə nömrəsi
3. səfərin məqsədi
a) iş vizasının alınması məqsədi ilə elektron qeydiyyat üçün:
İş icazəsinin skan forması
b) tələbə vizasının alınması məqsədi ilə elektron qeydiyyat üçün:
Əcnəbi tələbənin qəbul və ya təhsilin davam edilməsini təsdiq edən sənədin skan edilmiş forması (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli qərarına əsasən)
Konsulluq və Polşa Diasporası Departamenti bildirir ki:
– Yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan emaillar (elektron yazışmalar) qeydə alınmayacaq və cavabsız qalacaqlar;
– Bir elektron ünvanından yalnız bir nəfər üçün müraciət qəbul olunacaqdır
(Eyni şəxs haqqında dəfələrlə göndərilən elektron məktublar nəzərə alınmayacaq)
– Şəxslər / vasitəçi şirkətlər və gələcək işəgötürənlər tərəfindən göndərilən sorğu / müraciətlərə baxılmayacaq
– Konsulluq sorğuların qeydiyyatı zamanı texniki yardım göstərmir
Müraciətin edilmə tarixi və vaxtı qeyd olunan email (elektron məktub) alındıqdan sonra aşağıdakılar edilməli :
1. https://secure2.e-konsulat.gov.pl saytına keçid alınmalı
2. Menyu bölməsində “Milli viza – formanı doldurun” forması seçilməli
3. Viza forması doldurduqdan sonra çap olunmalı və imzalanmalıdır.
Vətəndaşların nəzərinə! Konsulluq və Polşa Diasporası Departamenti vasitəçi təşkilatlar, habelə viza almaq üçün konsulluq prosedurunda iştirak etməyən şəxslərlə əməkdaşlıq etmir!
VIZA ÜÇÜN QEYDIYYAT PULSUZDUR!
Görüşün planlaşdırılan tarixi ilə bağlı cavab gözləyərək, anlayışlı və səbirli olmağınızı xahiş edirik. Müraciətlərə, daxil olan elektron məktubların və mövcud yerlərin sayından asılı olaraq mümkün qədər tez bir zamanda cavab veriləcəkdir.
Yuxarıda qeyd olunan qaydalara riayət edilmədikdə, viza müraciətlərinin qəbulu növbət bildirişə qədər dayandırılacaqdır!
DİQQƏT!
Polşa Respublikasının Bakıdakı Konsulu, Polşanın konsulluğu tərəfindən verilmiş D- tipli vizanı alan şəxsə ilk giriş ölkəsinin sərhəd keçidində ölkəyə giriş üçün icazənin verilib-verilməyəcəyinə görə cavabdehlik daşımır, bu fakt vizanın verilməsinə təsir göstərmir.
Xarici vətəndaşlar bu məlumatları ilk giriş edəcək ölkə ilə dəqiqləşdirməlidirlər.