Rusiya və Türkiyə arasında çarter reyslərinin bərpa olunmasından (10 avqust) sonrakı bir həftədə Antalya şəhərinə 111 min Rus turist gəlib.
“Finans.az” xəbər verir ki, bu barədə Antalya Beynəlxalq Hava Limanının statistikasında bildirilib.
Hava mərkəzinin baş direktoru Bilgikhan Yılmazın sözlərinə görə, Antalyaya kurorta gələn ümumi turistlərin 60%-ni ruslar təşkil edir.
2020-ci ilin sonuna nə qədər rus turistin gələcəyi ilə bağlı Türk Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Baglıkaya proqnazlarını açıqlayıb. O bildirib ki: “Bu il Türkiyəyə 1,8 mln rus turistin ziyarət edəcəyini gözləyirik”.
Antalya şəhər məclisinin turizm üzrə işçi qrupunun sədri Rəcəb Yavuz isə bildirib ki, fors-major hal baş verməzsə, bu il Antalya 4-4,5 milyon xarici turist qəbul edəcək, əksəriyyəti təqribən 2-2,5 milyonunu isə ruslar təşkil edəcək.