Çəkilişləri üç qitədə aparılan “Taxt oyunları” serialının 7-ci mövsümünün ilk seriyası dünən nümayiş etdirilib.
İlk mövsümündən indiyə qədər tamaşaçı sayını 147 faiz artıran “Game of Thrones” serialını 2016-cı ildə 23 milyon adam izləyib.
Serialda baş rolları ifa edən aktyorlar da qonorarları ilə rekord qırıblar. Belə ki, əsas beş rolun ifaçısı hər seriya üçün ortalama 2,6 milyon dollar alacaqlar. Bu mövsümün 7, növbəti mövsümün isə 6 seriyadan ibarət olacağı bildirilən serialın aktyorları toplam 34 milyon dollar gəlir əldə edəcəklər.
Serialın ssenarisi George R.R Martinin “Buz və Atəşin şərqisi” (“A Song of Fire and Ice”) əsəri əsasında yazılıb. 68 yaşlı ABŞ yazıçısı əlavə olaraq kitabından daha 10 milyon dollar gəlir əldə edib.
Serialın səhnələrinin çəkildiyi ölkələrə turist axını da qeyd edilməli faktlardandır. İslandiya, İspaniya, Xorvatiya və Qərbi İrlandiyaya səfər edən turistlərin sayı gözəçarpacaq dərəcədə artıb. Belə ki, Qərbi İrlandiya Belfastada çəkilən səhnələr sayəsində 100 milyon dollar qazanıb, turistlərin sayı isə 10 faiz artıb.
İslandiyada çəkilən səhnələrdən sonra isə ölkədə hotel rezervasiyası 2,5 dəfə artıb. 330 min əhalisi olan ölkəyə 1,3 milyon turist cəlb edilib. İspaniyanın şərqindəki 18 min əhalisi olan Osuna əyalətinə turist axını isə 75 faiz artıb.