Ev Gəzməli yerlər Yerlər Səyahətinizi asanlaşdıracaq proqramların TOP-onluğu

Səyahətinizi asanlaşdıracaq proqramların TOP-onluğu

Səyahət zamanı sizə kömək olacaq proqramların siyahısı açıqlanıb.

Wifi Map

Dünyanın hər yerində simsiz internet nöqtələrini şirəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.

Citymapper

Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimai nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.

XE Currency

Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.

PackPoint Travel Packing

Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınızda hansı əşyaları götürməyiniz lazım olduğunu göstərən proqram, tətil zamanı “kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.

Waze

Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.

Foursquare

Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.

Tripit

Təyyarə bileti, hotel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa, onlayn məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatlardan xəbərdar edir.

Triposo

Getdiyin şəhərdə “haraları gəzməli, haraları görməli, necə vaxt keçirməli” suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.

Flush Toilet Finder

Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimai ayaqyoluları göstərir. “Google Map” üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.

Google Translate

90 dildə tərcümə edən Google-nın onlayn tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı, bəlkə də, ən yaxşı köməkçiniz olacaq.