Pulla vətəndaşlıq
Deyir “pulun varsa hər şey əldə edə bilərsən”. Günümüzdəki halda eynən bunu sübut edir. Məhz bəzi Avropa ölkələri pul ilə vətəndaşlıq verir.
Son illər dünyada bir köç başlayıb. İnsanlar etibarlı, həyat şəraitinin yüksək olacağı ölkələrə üz tuturlar.Təbii ki, bu köç bizim ölkədən də yan keçməyib. Biz vaxtlar Rusiyaya qazanc məqsədilə gedən vətəndaşlarımız son illər Avropa ölkələri və Amerikaya üstünlük verirlər.Elə buna görə də Avropada yaşamaq istəyənlər üçün hansı ölkənin nə qədər investisiya müqabilində vətəndaşlıq verdiyinə bir nəzər salaq.
1. İngiltərə – İngiltərədə yaşamağı arzulayanlar ölkəyə 2 milyon funt sterlinq sərmayə yatırmalıdırlar. Bu yatırım ölkənin özəl və ya dövlət sektoru şirkətlərinin pay sənədlərini alaraq 5 il ərzində ölkədə qalmalıdır.
2. Malta – bir vaxtlar sürgün adası olan Malta Avropa Birliyi ölkəsi olaraq hazırda investisiya qarşılığında vətəndaşlıq verir. 350 min avro məbləğində pulu dövlət aksiyalarına yatıran və 5 il müddətində bu məbləği həmin aksiyalarda tutanlara müvəqqəti yaşamaq icazəsi verilir.
3. Macarıstan – son illər Azərbaycan vətəndaşları üçün Avropaya açılan ən ucuz qapı rolunu oynayan Macarıstan 2013-cü ildən yatırım proqramına başlayıb, ölkəyə investisiya axışını təmin edir. 300 min avro investisiya yatıran heç bir əmlak almaq məcburiyyəti olmadan ölkədə müvəqqəti yaşayış izninə sahib olur.
4. Yunanıstan – Ekonomik krizləri ilə gündəmdən düşməyən Yunanıstan ölkənin bu ağır günlərində pulla vətəndaşlıq verərək investisiya cəlb etməyə çalışır. 250 min avroluq daşınmaz əmlak alanlar Yunanıstan vətəndaşı ola bilirlər.
5. İspaniya – Hamının yaşamaq istədiyi bir ölkə olan İspaniyada 160 min avroluq daşınmaz əmlak alan yaşamaq, Avropa ölkələrinə səyahət və işləmək icazəsi əldə edir.
6. Portuqaliya – İspaniyanın qonşusu Portuqaliya isə yaşamaq icazəsi üçün 500 min avroluq daşınmaz əmlak, vətəndaşlıq üçün isə 1 milyon avro investisiya tələb edir.
7. Latviya – Baltikyanı ölkələrdən Latviya isə 145 min avroluq daşınmaz əmlak alanlara vətəndaşlıq verir.