Bakıda dünya şöhrətli “Mandarin Oriental” kurortunun təqdimatı baş tutub
“Mandarin Oriental Bodrum”un baş meneceri Qunter Qebhard verdiyi müsahibəsində bu mövsümdə rəhbərlik tərəfindən hazırlanan yeniliklərdən danışıb.
– Cənab Qebhard “Mandarin Oriental Bodrum” üç il bundan öncə fəaliyyətə başlayıb, bu elə də uzun bir zaman deyil. Hotel haqqında bir qədər danışardınız.
– “Mandarin Oriental Bodrum” Bodrum yarımadasının şimal sahilində Cənnət Koyu buxtasında yerləşir. 60 hektar ərazidə yerləşən kompleks kənardan çoxyaruslu təbii konstruksiya kimi görünür. Layihənin yaradıcıları kurortun landşaft dizaynı üzərində işə diqqətli yanaşıblar: villalar qədim zeytun və şam ağacları meşələri arasında yerləşir.
Şirkətin sahibi landşaft memarlığına vurğundur. Onun üçün bitki aləmi çox vacibdir. Kurort tikilərkən bir milyon ağac və bitki başqa yerə köçürülüb. Tikinti başa çatdıqdan sonra isə onları geri qaytardılar. Hazırda orada təbii atmosfer mövcuddur.
Kurortumuzun yerləşdiyi ərazidə olarkən insana elə gəlir ki, daima burada yaşamısan. Ən əsası isə odur ki, harada – hotel və ya villada qalacağınızı siz özünüz seçə bilərsiniz. Kurort iki hissədən ibarətdir: hotel və bizim brend tərəfindən idarə edilən iqamətgahlar. İqamətgahların sahibləri və sakinləri hotelin restoran, fitnes-mərkəz, Spa kimi bütün xidmətlərindən istifadə edə bilərlər.
Hotel lüks, apartament və villalardan daxil olmaqla 129 nömrədən ibarətdir, nömrələrin Egey dənizinin sahillərinə açılan mənzərəli, geniş eyvanlı terrasları var.
“Sea View Room” və “Mediterranean Suite” lüks nömrələr Bodrum yarımadasında ən böyük nömrələrdir. “Presidential Villa” villası səyahət zamanı komforta üstünlük verənlər üçün ideal seçimdir.
Kurortda səkkiz bar və restoran işləyir, burada təqdim edilən yeməklər, ən tələbkar müştərini belə razı salacaq.
Hotel həm çimərlik, həm də istirahətini idmansız təsəvvür edə bilməyənlər üçün imkanlar təklif edir. Kurortun qonaqları öz gücünü snorkelinq və dayvinqdə yoxlaya bilərlər. Bütün bunlar yerli təlimçinin nəzarəti altında aparılır.
Hotelin “World Luxury Spa & Restaurant Awards 2016” mükafatına layiq görülmüş Spa mərkəzi xüsusi diqqətəlayiqdir. Spa xidmətləri sırasına müxtəlif bərpaedici və cavanlaşdırıcı prosedurlar daxildir. Bu prosedurlar yalnız aparıcı kosmetik və spa-brendlərin vasitələri ilə deyil, eləcə də zeytun və çiçək yağları kimi təbii tərkibli vasitələr ilə aparılır. Mərkəzin ərazisində ümumi zal, Spa-lüks və türk hamamı da mövcuddur.
– “Mandarin Oriental Bodrum” hotelinin uğurunun əsası nədən ibarətdir?
– Yəqin ki, brendin konsepsiyasını izah etmədən “Mandarin Oriental”ın uğurundan danışmaq olmaz. “Mandarin Oriental” 1963-cü ildən fəaliyyətə başlayıb. Qrup ilkin olaraq yalnız idarəedici şirkət deyil, həm də hotel sahibi kimi fəaliyyətə başlayıb. Bu, çox vacibdir, belə ki, bu hotel biznesinə iki fərqli yanaşmadır. “Sahibkar” modelini biz sonradan idarəçi müqaviləsi ilə qrupa daxil olan hotellərə də şamil etmişik. Bu yanaşmanı biz Bodrumda da tətbiq edirik. Bəli, biz bu kurortun sahibi deyilik, amma idarəçilikdə “sahib” nöqteyi-nəzərindən hərəkət edirik, bu isə şəxsi yanaşmanın zəmanətidir.
“Mandarin Oriental” qrupu üçün hotelin yeri böyük mahiyyət kəsb edir, çünki təsadüfi yer olmur. İstənilən şəhərdə yer seçiminə ciddi yanaşırıq, çünki bu həyatın qaynadığı bir yer olmalıdır. Bar və restoranlarımızda isə hər zaman müştəri olur, bu, vacib amildir. Bu konsepsiyanı biz Bodrumda da istifadə etmişik.
Türkiyənin digər kurortlarından fərqli olaraq “hər şey daxildir” prinsipi ilə işləmirik, bizdə kütləvi məhsul deyil. Burada “Mandarin Oriental” qrupunun qürur duyduğu xidmət mövcuddur. Uğurun əsası budur.
– Keçən il “Mandarin Oriental Bodrum” hotelinə təxminən nə qədər turist gəlib?
– Turistlərin ən çox səfər etdikləri dövr iyul-avqustdur, bizdə 65% idi. Gələn turistlərin 30%-i Türkiyədən olan yerli turistlər, 70%-i isə digər ölkələrdən idi. İstirahət üçün bizim kurortu seçən beş ölkə sırasına Azərbaycan da daxildir.
– “Mandarin Oriental” Azərbaycan bazarına çıxmaq qərarına gəlib?
– Birincisi, yayda AZAL Bakıdan Bodruma birbaşa reyslər həyata keçirir. İkincisi, iki ölkə arasında çox yaxşı münasibətlər mövcuddur. Bu, təbii ki, əməkdaşlıq üçün çox yaxşı təməldir.
– Qrup Azərbaycanda hotel açmaq planlaşdırırmı?
– “Mandarin Oriental” qrupu hər zaman hotellərinin açılışı üçün imkanları nəzərdən keçirməyə hazırdır. Amma qrup üçün əməkdaşlıq edəcəyimiz tərəfdaşlar ilə baxış bucağımızın və dəyərlərimizin üst-üstə düşməsidir, əsas “brendin DNT”-sinin qorunub saxlanılmasıdır.
Hələlik təsdiqlənmiş müqavilə mövcud deyil. Qrupa təkliflər daxil olur, amma biz hələlik bu imkanları nəzərdən keçirməyə davam edirik.
– Rəhbərlik yeni mövsümdə hansı yenilikləri hazırlayır?
– Dizayn baxımından, aydındır ki, ilk 3-4 ildə bunu etməyin mənası yoxdur. Hotel bu yaxınlarda açılıb. Hotelin interyeri ilə dünya şöhrətli dizayner Antonio Çitterio məşğul olub. O, təkraredilməz məhsul yaradıb. Onun işlərinə baxdıqda ilk təəssürat – harmoniyadır. Bu harmoniya hissi bütün nömrələrdə qorunub. Buna görə də heç nəyi təzələməyə ehtiyac yoxdur. Yeniliklər isə əsasən xidmətə aiddir. Bizdə əlavə xidmətlər yaranıb.
Spada iki maraqlı yenilik var: Birincisi, manikür və pedikür sahəsində dünya şöhrətli ekspert Bastyen Qonsalesin burada olmasıdır. O, pedikür, manikür və masajı pediatriyaya (tibbin pəncə və baldırın xəstəliklərinin müalicəsi ilə məşğul olan bölməsi) aid edir. Milliyyətcə ispandır, bir neçə hotelimizdə çalışır. Onun bütün dünyada studiyaları var. Pedikürdən danışarkən, söhbət dırnaqların səliqəli işlənərək gözəl dırnaq boyası ilə rənglənməsi nəzərdə tutulmur, bu, həmçinin əl, ayaq və dırnaqlara qulluq, kosmetik və sağlamlıq prosedurlarının daxil olduğu xidmətlər kompleksidir.
O, həmçinin mütəxəssislərin də təlimi ilə məşğul olur. Onun əməkdaşları prosedurları həyata keçirərkən niyə ayaq dərisinin quruduğunu izah edir, faydalı məsləhətlər verirlər, bu isə işə yarayır. Bu qəbildən olan kabinet-salon “Mandarin Oriental Bodrum”da da açılacaq.
Mandarin Oriental
İkincisi Ruben Tabaresdir. Məşhur məşqçi Ruben Tabares və onun komandası kurortun qonaqlarına yay istirahəti zamanı fərdi qida və məşq proqramlarının köməyi ilə fiziki formasını yaxşılaşdırmağa yardım edəcək. Rubenin proqramları artıq Londonda “Mandarin Oriental”da sınaqdan keçirilib. Orada qonaqların səhəri Rubenin faydalı səhər yeməyi ilə başlayır, ciddi food-nəzarət mövcuddur: şirin kökələr və tostlara qadağa qoyulur. Daha sonra 60 dəqiqəlik məşq və Rubenin sağlam qida ilə əlaqədar şəxsi məsləhətləri təqdim edilir.
Aprelin 1-dən bron üçün yeni “Stay and Dine” təklifi mövcuddur, bura hotelin nömrələrində gecələmə, səhər yeməyi və nahar daxildir. Təklifdə uşaqlar ilə istirahət edən qonaqlar üçün xüsusi xidmətlər nəzərdə tutulub, bunun sayəsində “Stay and Dine” təklifi ailəvi istirahət üçün də ideal seçim olacaq. Aprel ayında kurortda “Worldwide Kids” şirkətinin əməkdaşlığı ilə yeni uşaq klubu işə başlayır, fitnes-mərkəzdə yeni sağlamlıq proqramları təqdim ediləcək. Daha bir xoşagələn və vacib yenilik – indi bütün nömrələrdə qalan qonaqlar üçün qapıçı xidməti daxildir.
Bu il “Worldwide Kids” şirkətinin əməkdaşlığı ilə kurortda işə başlayacaq “Kids Club”da müxtəlif yaş kateqoriyasına aid uşaqlar üçün əyləncəli proqramlar nəzərdə tutulub. Dörd aydan başlayaraq üç yaşına qədər ən kiçik qonaqların valideynləri öz övladlarını “The Crèche Club”un təcrübəli müəllim və dayələrinə etibar edə bilərlər. Dörd yaşından 11 yaşına qədər uşaqlar isə vaxtlarını rəsm çəkərək, müxtəlif oyunlar oynayaraq və ya idmanla məşğul olaraq keçirə bilərlər. 12 yaşdan 17 yaşa qədər yeniyetmələr isə klubun “Teens Club” seksiyasında peşəkar ustadların rəhbərliyi altında özlərini aktyor və ya rəssam kimi sınaya bilərlər.