Bakı bahalılığına görə dünya reytinqində
Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb.
Bu barədə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Mercer” beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında bildirib.
Hesabata əsasən, bahalılıq indeksi üzrə lideri Anqolanın paytaxtı Luanda şəhəridir.
İlk onluğa daxil edilənlər
İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) daxildir.
Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almatı 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.