11 C
Baku
Çərşənbə, Dekabr 18, 2024
Ev Avropa Buraya gedən sağ çıxmır

Buraya gedən sağ çıxmır

Şəkilin belə olmağına baxmayın – Buraya gedən sağ çıxmır

Səssizcə evinizdə oturduğunuzu düşünün. Televizor və digər ekranlar qapalı, hər kəs yatır, küçədə avtomobillərin hərəkəti dayanıb…

Bu vəziyyəti səssizlik kimi qəbul edə bilərsiniz, amma elektriklə işləyən alətlər, binanızdan gələn səslər və şəhərin az da olsa eşidə biləcəyiniz digər səsləri duyula biləcək səviyyədə olur. Dünyanın müəyyən nöqtələri var ki, səs təzyiqi səviyyələrinin geniş şkalasında 10dBA və 20dBA arasında hətta, əksi dBA səviyyəsində ölçülür. Buyurun, bu da nəinki səs, heç səmir də çıxmayan 6 səssiz ərazi:

Hoh Yağmur meşəsi, Vaşinqton

Yağmur meşəsi

11 il əvvəl akustik ekologiyanı öyrənən Emmy mükafatı laureatı Qordon Hempton 922 min hektar ərazini qoruma altına almaq üçün “Bir parça səssizlik” layihəsini işləyib. Bu parça Hoh Yağmur meşəsində kiçik bir qırmızı daş ilə simvollaşdırılıb. Yağmur meşəsi yaxınlığında çox az yol var və Hempton 3 hava yolu şirkətini bu nöqtənin üzərindən uçmaması üçün razı salıb. Zəngin yağış və rütubət səbəbiylə bölgə qayalıqlarında böyüyən yosun və qaynaqlı otlar burada səsin yayılmasına mane olur. Bu xüsusiyyətlərə görə bölgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Microsoftun exo-kamera otağı

Microsoftun kamera otağı

Dünyanın ən səssiz nöqtəsi olaraq Ginnesin Rekordlar kitabına düşən bir yer var. Microsoftun Vaşinqtonun Redmond şəhərində yerləşən exo-kamera otağı o qədər səssdir ki, desibel ölçüləri -23 dBA səviyyəsindədir.

Bu otaq daha səssiz ola bilərmiş, ancaq havadakı hissəciklərin yayılan səslərinin “fiziki sərhədi” bu qədər olduğundan daha da hərəkət edə bilməz, çünki otağın 6 səthində bir-birinə bağlı qovşaqlar və səs sovuran çərçivələrdən ibarət şəbəkə meydana gəlir. Bu otaq tədqiqat və sınaq üçün istifadə olunur. Otağa girən bir jurnalistin sözlərinə görə, otaq “dəhşətli sükut” içərisindədir.

Kronot Təbiət Qoruğu, Rusiya

Kronot təbiət qoruğu

Bölgəni ziyarət edən Milli Coğrafiya müxbiri David Quammen, “Bəzi yerlər o qədər müəmmalı və asanlıqla dağılandır ki, bəlkə oraya girməməyimiz məsləhətdir. Bu paradoks da Kronot Təbiət Qoruma Bölgəsinə tətbiq edilə bilər. Kronot Təbiət Qoruğu, təxminən 3 milyon hektar ərazisi olan Rusiyanın ən şərq bölgələrindən birində yerləşir, vulkan, meşə, tundra və çay arasında bir bölgədir. Bölgənin ən maraqlı xüsusiyyətlərindən biri Ölüm Vadisidir. Bu Ölüm Vadisində yüksək dərəcədə hidrogen sulfid və karbon disulfidi var ki, heç bir canlı buradan sağ çıxa bilmir”- deyə bilidirib. Bəlkə, Quammenin tövsiyəsinə riayət edib bölgəni ziyarət etməyə bilərik, ancaq onun bəhs etdiyi paradoks burada başlayır: Yüzlərlə kilometr boyunca heç bir yol və mədəniyyət əlaməti olmayan bölgə tam səssizlik abidəsi.

Mauli adasında yerləşən Haleakala Dağı

Haleakala dağı

Haleakala Milli Parkı 3000 metrlik bu nəhəng yanar dağın ətrafındadır. Yanardağa bağlı olan ərazi turistlərin ən çox gəldiyi yerdir, panaramalı mənzərələr, dünyanın heç bir yerində olmayan bitkilər ve səssizlik…Parkda çalışanlar krater civarında ölçülən səs səviyyəsinin 10 dBA-nı keçmədiyini bildirirlər.

Negev Çölü, İsrail

negev çölü

Qüds yaxınlığında yerləşən Negev Çölü o qədər səssizdir ki, bölgədə olan turistlər qulaqlarının səssizlikdən çökdüyünü deyirlər. Ərazidə sadəcə bir neçə Bədəvi yaşayır, amma köçəri olan bu xalqın burada yaşaması onlar üçün çox rahatdır, amma şəhərlərdən gələn insanlar üçün çox sıxıcı və narahatdır.

Alyaskanın milli arktika ərazisi

Alyaskanın milli arktika ərazisi