Ən qəribə ada
Dünyanın ən ilginc adalarından biri Kolumbiyadakı Santa Kruz del İslote adası hesab olunur. 90 evin olduğu ada dünyada əhalinin ən sıx yaşadığı adalardan biridir.
Santa Kruz del İslote 200 metr uzunluğunda və 60 metr enində, 1200 əhalisi olan adadır. Amma əhalinin sıxlığı Nyu Yorkdakı Manhattandan 4 dəfə daha artıqdır. Tezliklə bunun səbəbini də anlayırlar: burda bir dənə də olsun ağcaqanad yoxdur. Bu səbəbdən həyatlarının qalan hissəsini adada keçirmək qərarına gəlirlər.
Adanın ərazisi təxminən 9700 m2-dir. 90 ev, 2 mağaza, 1 məktəb və bir restoran var. İçməli su mənbələri yoxdur. Kolumbiya donanmasının bir gəmisi 3 həftədən bir bura içməli su gətirir.
Adanın elektrik enerjisi günəş enerjisi ilə gündə 5 saat çalışan bir generatorla əldə edilir. Ada sakinlərinin əksəriyyəti turizmlə məşğuldur və ya 9 mərcan adasından ibarət San Bernando adalar qurupunda işləyir.
Adada nə xəstəxana, nə qəbirstanlıq, nə də polis var. Hər kəs bir-birini tanıyır və əhali çox mehribandır. Burda cinayət hadisələri demək olar ki, baş vermir.