Kök insanlar üçün otel
Bahama adalarında yeni açılan bir oteldə oturacaqlardan yataqlara, hovuzdan su idman növlərinə kimi bütün xidmətlər kök insanlar üçün hazırlanıb
Qaynarinfo xəbər verir ki, bir televiziya verilişi üçün hazırlanan bu oteldə kök insanlar üçün hər şərait var.
Otel “18-30 Stone Holiday” adlanır.
Ərazidə 1 metr genişliyində oturacaqlar, çelik material ilə bərkidilmiş yataqlarla yanaşı, açıq bufet də mövcuddur.
Ami və Adam cütlüyü 20 yaşlarındadır. Ami balayı şəkillərində çox bədbəxt olduğu üçün hər birini tək-tək sildiyini deyir. Bu otelə gəldikdən sonra isə özlərini daha xoşbəxt hiss etdiklərini deyirlər. Bu oteldə daha çox xoşbəxt görünürlər.
İngiltərədə İTV kanalında yeni nümayişə başlayan proqram İngiltərədən olan artıq çəkili turistlərin həyatını əhatə edir.
TV-də yayımlanacaq proqram sayəsində daim kameralar tərəfindən izlənəcək tətil iştirakçıları eyni zamanda çəkiləri və bədənləriylə barışmağı öyrənəcəklər.
Məsələn, 36 yaşlı 2 uşaq anası Alis həyata küsdüyünü və öz cənazəsini belə xəyal etdiyini açıqladı. Ancaq proqrama qatılmaq istəyənlər bunun üçün 1500-3000 dollar arası pul ödəməlidirlər. Özəl villa istəyənlər isə gecəyə 5000 dollarlarından keçməlidirlər.