Rusiyalı turistdən: Qadın kimi özünüzə qiymət vermək istəyirsinizsə, Bakıya gedin!
Azərbaycanın zəngin mədəni və tarixi irsi ildən ilə daha çox turistin diqqətini cəlb edir. Ərəb ölkələrindən və İrandan nəzərə çarpan turist axınına baxmayaraq, qonşu Rusiyadan gələn turistlər birinciliyi əldən vermirlər.
Belə ki, 2017-ci ildə ölkəmizə gələn 2 milyon 692 min nəfər turistin 853 min nəfərini məhz Rusiya Federasiyasından gələnlər təşkil ediblər. Bakı həmçinin ənənəvi olaraq, ruslar arasında bayramlar günlərində məşhur olan lider şəhərlər arasındadır.
Özündə qədimliyi və müasirliyi birləşdirən Azərbaycanın paytaxtı, bura gələn turistləri heyran edir, onlar öz təəssüratları barədə bu şəhəri görmək arzusunda olan dostları və tanışları ilə bölüşürlər.
Bura da turizm sahəsində məşhur olan bir real turist – iki-üç potensial turist prinsipinə əsaslanır.
Bir müddət əvvəl Bakını Samara vilayətinin PR Gildiyasının icraçı direktoru Natalya Artyomova ziyarət edərək, şəhərimiz haqqında öz maraqlı təəssüratlarını yazıb.
Gəzməli.az oxucularına Artyomovanın məqaləsini təqdim edir:
Natalya Artyomova
“Şəhərlər də insanlar kimidir. Mən hələ ki, o qədər də çox səyahət etməmişəm, lakin hər şəhər mənim üçün öz xasiyyəti olan insan obrazı kimidir.
Moskva – vaxtı olmadığı üçün sevgidən və nəvazişdən məhrum olan, yorularaq əldən düşmüş qadındır. Piter – soyuq intellekti ilə cəlb edir, lakin narahatlıq hissi yaradır və ondan qaçmaq istəyirsən. Soçi – cavan, gözəl, səs-küylü, ədəbsiz və cazibədar olsa da, maraqlı deyil. Voronej – ciddi kişidir, amma yaddır. Vyatka – böyük, xeyirxah, ailəcanlı, mehriban və nənəm kimi pirojkilər bişirən xala kimidir.
1941-ci ildə nənəm məhz bu şəhərdən cəbhəyə gedib.
Bakının mənə aid olub-olmadığını yoxlamaq üçün, onunla təkbətək qalmalı idim. Necə ki, bunu bir kişi ilə edəndə onun sizə mənsub olduğunu anlayırsınız. Bu bağlılığa çevrilməyə başlayan, ilk baxışdan sevgi idi. Onunla nə qədər çox münasibətdə olsanız, o qədər çox aşiq olursunuz. Bakı – sevdiyin kişi kimidir: gözəl, maraqlı, dadlı, böyük, mehriban, yumşaq, tüklü, inamlı, sakit, möcüzəli, lakin əlçatmazdır.
Yuxarıdan görünən mənzərədən yaranan ilk təəssürat nəfəs kəsir! Sonra sakit ciyilti və yüksək sürətdən, rəngdən və işıqdan gözlərin qıyılmasıdır. Ancaq nidaları tələffüz edə bilirdim. Hətta qızım o zaman dedi:”Ana, sarışını söndür!”.
Sonra dəniz, külək, doğma Volqanın iyi, dördtin daşlar, darsifətli pişiklər, gözəl kişilər, ayaqqabı təmizləyənlər, alkoqolun yoxluğu, azdanışan qadınlar, xoşbəxt uşaqlar, narşərab altında cökə balığı – başdan-başa heyranlıqdır!
İlk qarşılaşma ilk görüş kimi qısa idi – bir növ gəlingörməsinə bənzəyirdi. Mən bəyəndim və bəyənildim. Münasibət davam edəcək. Amma ikinci görüş uzun və daha yaxın oldu. Biz Bakı ilə baş-başa 6 gün qaldıq. Məlum oldu ki, Bakıda mən heç cür ağlaya bilmirəm. Mən nəhəng və güclü kişiyə ağlayaraq şikayət etmək istəyirdim. İstəyirdim ki, bu yazıq və evindən uzaqda olan tək-tənha bədbəxtə yazığı gəlsin, amma bacarmadım.
Mənə burada çox yaxşı və sakit idi. Mən şəhərdə çoxlu tək gəzirdim, hətta bulvardan və şəhərin qədim hissəsindən kənara çıxırdım. Məni bir şey çox heyrətləndirirdi – heç kim heç yerə tələsmirdi. İnsanlar küçədə aramla gəzirlər.
Qaşqabaqlı insan heç görmədim. İnsanlarla danışmaq istədiyimdə, sadəcə olaraq, küçədə onlarla danışmağa və tanış olmağa başlayırdım. Burada gülümsəməyi sevirlər! Mən isə əsl rus qadını kimi həmişə fırıldaq gözləyirdim. Bu kişi ilə münasibətdə olmaq kimidir. Qorxursan ki, o özünü səmimi aparacaq, yoxsa səni incidib aldadacaq…
Bakı…
Danışıq zamanı kişilərin mimikaları və jestikulyasiyasını müşahidə etmək əyləncəli idi. Onlar o qədər temperamentli və təsirli idilər. Düzdür, əgər mən diqqətlə baxmağa və gülümsəməyə başlayırdımsa, onlar dərhal mənimlə tanış olmağa başlayırdılar. Sarışın qadınlar burada kişilərin diqqətini daha çox cəlb edirlər.
Bakı – öz emosiyalarına və heyranlığına hakim ola bilməyən kişidir. Bu isə rus qadınlarına lazımdır. Biz axı qulaqlarımızla sevirik. Bizə valeh olmaq lazımdır və mən bunu Bakıda tamamilə aldım. Qadın kimi özünüzə qiymət vermək istəyirsinizsə, Bakıya gedin! Burada kişilər “yox” deməyi bacarmırlar!
Bu Xəzər şəhəri ilə indi məni ancaq xoşbəxt hisslər bağlayır. Mən bilirəm bu nə deməkdir, çünki artıq bir neçə dəfə bunu həyatımda yaşamışam. Bu nəfəs almaq kimidir. Əgər bu bir dəfə baş veribsə, deməli bir də olacaq. Beləliklə, mən indi Bakı adlı sevimli, möcüzəli və əlçatmaz kişimlə yeni görüşlər gözləyirəm Nəfəsim kəsilir. Nəfəs alıram, amma nəfəsi yeni təəssüratlardan verəcəyəm”.