Ev Ölkələr Azərbaycan AZAL ən müasir aeronaviqasiya sistemi tətbiq edib

AZAL ən müasir aeronaviqasiya sistemi tətbiq edib

Aeronaviqasiya sistemi tətbiq edilib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya sistemi tətbiq olunub.  Məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırıb.

Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətinin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemidir.  SWIM – “System Wide Information Management” konsepsiyasını əks etdirir. ICAO yol xəritəsinin bir hissəsidir.

SWIM aviasiya

SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat, eləcə də müşahidə, hava gəmilərinin  axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə kömək edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri  arasında birbaşa mübadiləni təmin edir.

“Müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı  olmadan mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində “Azərbaycan Hava Yolları” bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir.

Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək”, – deyə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev qeyd edib.

“Aeronaviqasiya” bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkəti idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.

Virtual HHİ qülləsi

Tədbir çərçivəsində həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda AZANS Hava Hərəkəti İdarəsi ilə “Virtual HHİ qülləsi”nin tətbiqi üzrə yeni yüksək texnoloji layihənin işə salındığı elan olunub. Müvafiq müqaviləni AZAL prezidenti Cahangir Əsgərov və “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi fevralın 8-də Bakıda imzalayıblar.  Layihə Fransanın “Thales” və Kanadanın aviasiya sahəsində innovasiyaların tətbiqi işində ixtisaslaşan və  rəqəmsal HHİ qüllələrinin hazırlanması sahəsində “pioner” olan “Searide” şirkəti ilə konsorsiumda həyata keçiriləcək.

“Virtual qüllə” aerodrom ərazisində hava hərəkətinin idarəedilməsini həyata keçirməyə və süni intellekt və rəqəmsal sistemlər tətbiq edərək məsafədən uçuş-informasiya xidməti göstərməyə imkan verəcək. Bu zaman HHİ-nin dispetçerləri tərəfindən idarə olunan real qüllənin səviyyəsinə ekvivalent olan istismar təhlükəsizliyinin tələb olunan səviyyəsinə tamamilə əməl olunur ki, bu da biznesi artan tələblər və sürətlə dəyişən xidmətlər bazarına  vaxtında uyğunlaşdırmağa imkan verəcək.

ATCA

Hava hərəkətinin təşkili üzrə Ümumdünya konqresi HHT sahəsində ən böyük beynəlxalq peşəkar tədbirdir. Tədbir çərçivəsində bütün dünyadan hər il 7 500-dən çox mütəxəssisin iştirak etdiyi unikal sərgi və konfrans keçirilir. Konqres Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatı (CANSO) tərəfindən HHİ Dispetçerləri Assosiasiyası (ATCA) ilə tərəfdaşlıqda təşkil olunur və keçirilir. Konqresin iştirakçıları sırasına dünyanın aparıcı məhsul və xidmət müəllifləri, ekspertlər, aparıcı rəhbərlər, aeronaviqasiya xidmətlərinin təchizatçıları daxildir.